Vbet Casino bonusları
Vbet Kazino, onu Vivaro Bet kimi də tanıyırlar, Müntəzəm promosyonlar, Xoş gəldin bonusu, Həftə sonu tədbirləri, Ad günü bonusu, Telegram bot bonusu, Keşbək bonusu və digər cəlbedici bonus və promosyonlar təklif edir. Bu promosyonlar həm kazinoya yeni gələn oyunçular, həm də təcrübəli oyunçular üçün faydalıdır. Onların vasitəsilə oyunçular əlavə qazanc əldə etmək imkanı qazanırlar. Sayt, daimi istifadəçilərinə loyallıq proqramı çərçivəsində xüsusi bonus paketləri təklif edir.
Bütün bonus təklifləri barədə rəsmi saytdakı ‘’Kazino’’ bölməsindən məlumat ala bilərsiniz. Bunun üçün Vbet Casino-da qeydiyyatdan keçməli, təsdiqlənməli, ödəniş məlumatlarınızı əlavə etməli və ən azı 1 manat depozit qoymalısınız. Gündəlik keçirilən tədbirlər və turnirlər barədə isə ‘’Promosyonlar’’ bölməsindən daha ətraflı məlumat əldə edə bilərsiniz. Bu yazıda sizlərə Vbet kazinodakı bonuslar barədə məlumat verəcəyik.
Müntəzəm Vbet promosyonları
Vbet Kazino, müntəzəm olaraq müxtəlif promosyonlar təqdim edir. Bu promosyonlar oyunçuların oyun təcrübəsini daha maraqlı etmək üçündür. Kazinoda gündəlik, həftəlik və aylıq promosyonlar mövcuddur. Onlardan yararlanmaq üçün kazinonun fəaliyyətini izləmək lazımdır. Mütəmadi olaraq keçiriləcək tədbirlər barədə kazinonun saytında və Telegram kanalında məlumat verilir. Aşağıda Vbet-in müntəzəm olaraq təklif etdiyi promosyonlardan ən yaxşıları barədə məlumat hazırlamışıq:
- Gündəlik tədbirlər
- Həftəlik keşbək promosyonları
- Turnirlər və yarışmalar
- Həftəlik yenidən hesab artırma bonusu
- Pulsuz fırlatmalar
- Həftə sonu promosyonları
- Promo kodlar
- Mobil tətbiq istifadəçiləri üçün promosyonlar
- Daimi müştərilər üçün xüsusi promosyonlar
Gündəlik tədbirlər – Vbet, hər gün oyunçulara müxtəlif oyunlarda fərqli təkliflər edir. Məsələn, bir çox slot oyunlarında pulsuz fırlanma verir ki, bununla oyunçular əlavə pul qazanmaq şansı əldə edirlər. Canlı kazino oyunları üçün verilən əlavə mükafatlar da buna daxildir. Futbol oyunları və bayram günləri kazino həmin gün üçün xüsusi promosyonlar təklif edir.
Həftəlik keşbək promosyonları – Vbet Kazino, həftə ərzində oyunçunun itirdiyi məbləğin 12%-ə qədərini ona geri qaytarır. Keşbək bonusu əsasən canlı kazino oyunları, idman mərc oyunları və slot oyunlarında verilir. Həftənin hər bazar günü bu promosyon həyata keçirilir.
Turnirlər və yarışmalar – həftəlik və aylıq keçirilən turnirlərdə oyunçulara pul mükafatları, pulsuz fırlanmalar və bonuslar verilir. Bu turnirlər Book of Dead, Starburst, Gonzo’s Quest kimi məşhur slot oyunlarında oyunçuların əyləncəsini daha da artırır. Turnirlərin keçirilməsindəki əsas məqsəd müəyyən vaxt ərzində ən çox xal toplayaraq liderlər cədvəlində yuxarı sırada yer tutmaqdır. Digər maraqlı bir turnir “Mega Spin” slot turniridir. Bu turnirin ümumi mükafat fondu 50 000 manatdır. İlk 50-liyə düşən oyunçu qalib olur və hər biri 1000 manat qazanır.
Həftəlik yenidən hesab artırma bonusu – həftə ərzində hesabını bir neçə dəfə artıran oyunçuların depozitinin 50%-ə qədəri onların hesabına əlavə olunur. Təklifin müddəti rəsmi saytda göstərilir.
Xoş gəldin bonusu
Vbet kazino bonusları arasında ən diqqət çəkəni 100% Xoş gəldin bonusudur. Xoş gəldin bonusu, kazinoda yeni qeydiyyatdan keçən bütün oyunçulara verilir. Oyunçu ilk dəfə depozit qoyarkən onun depozitinə 100% də kazino əlavə edir. Deyək ki, oyunçu 100 manat depozit qoyarsa, əlavə olaraq 100 manat da bonus qazanır və balansı 200 manat olur. Xoş gəldin bonusu oyunçunun balansına avtomatik olaraq yüklənir. Xoş gəldin paketinə kazino oyunlarında keçərli 350 pulsuz fırlanma, 25%-ə qədər və 217 manat ekstra keşbək daxildir.
Paketdə əlavə olaraq Möcüzələr Çarxında 7 pulsuz fırlatma da təklif olunur. Xoş gəldin bonusunu əldə etmək üçün kazinonun rəsmi saytına gedin və qeydiyyatdan keçin. Hesabınızı təsdiq edin. Tələb olunan minimum depozit məbləğini hesabınıza qoyun. Bonusu aktiv etməyə ehtiyac yoxdur çünki bonus avtomatik aktiv olur. Bonusla bağlı hər hansı çətinlik yaşasanız müştəri dəstək xidməti ilə əlaqə saxlayın.
Xoş gəldin bonusunu və ondan gələn gəliri çıxarmaq üçün müəyyən şərtlər var. Bu şərtlərə əməl etmədən bonusu çıxarmaq mümkün deyil. Onunla x35 dəfə mərc etmək lazımdır. Yəni əgər oyunçu hesabına 10 manat depozit qoyubsa, onun üstünə 100% Xoş gəldin bonusunu gələndə edir 20 manat. Həmin 20 manatla oyunçu 35 dəfə mərc etdikdən sonra qazandığı pul və ya bonusdan qalan pulun qalığı onun hesabına köçürülür.
Həftə sonu tədbirləri
Bildiyiniz kimi, həftə sonları insanların bir çoxu dincəlir. Əksəriyyət həftə sonlarını əyləncəli keçirmək və pul qazanmaq üçün kazino oyunları oynayırlar. Vbet Kazino, öz müştərilərinin həftə sonlarını əyləncəli keçirmələri üçün onlara həftə sonu promosyonları təqdim edir. Bu promosyonlar hər həftənin şənbə və bazar günləri keçirilir. Bu tədbirlərdə depozit bonusları, pulsuz spinlər, keşbək və başqa qazanclı mükafatlar oynanılır. Həftə sonu promosyonlarından faydalanmaq üçün kazinonun saytındakı ‘’Promosyonlar’’ bölməsinə gedin. Aktiv promosyonları orada görəcəksiniz.
Bəzi tədbirlərdə iştirak etmək üçün promo kodlar tələb olunur. Vbet promo kodu əldə etmək üçün mütəmadi olaraq saytdakı xəbərləri izləyin. Faydalanmaq istədiyiniz promosyonun promo kodu ilə onu aktivləşdirin. Vbet kazino promo kodu mütəmadi olaraq e-poçt bildirişləri və ya saytın sosial hesablarında yayımlanır. Məsələn, ‘’WINVIP’’ promo kodu ilə pulsuz mərclər, nəğd pul və 20 pulsuz fırlanma qazanırsınız.
Həftə sonu tədbirlərindən pul qazanmaq üçün turnir ərzində çox xal toplayaraq liderlər cədvəlində üst sıralarda yer tutmalısınız. Əgər belə etsəniz, yeni iş həftəsinə qazandığınız uduşların verdiyi pozitiv enerji ilə başlayacaqsınız. Sevdiyiniz oyunları yanınızda kartof qızartması ilə Vbet kazinoda oynayıb pul qazanmaq yaxşı hissdir. Bu xoş əhval ruhiyyə, növbəti həftə sonunda keçiriləcək tədbirlərə qədər sizi motivasiya edəcək. Mən geri oynayacağam, deyəcəyiniz bütün oyunlar Vbet kazinoda təqdim olunur.
Ad günü bonusu
Vbet kazino bonusları arasında Ad günü bonusu xüsusi yer tutur. Çünki bununla kazino öz müştərilərinin ad günlərini unutmadığını və sadiqliyini bildirir. Bu bonus, oyunçudan heç bir ödəniş tələb etmir. Bonus barədə oyunçu e-poçt və ya bildirişlə məlumatlandırılır. Bonusdan istifadənin şərtlərindən biri x30 dəfə mərc etməkdir. Yəni ad günü bonusundan yararlanmaq üçün onunla 30 dəfə mərc etməlisiniz. Ancaq ondan sonra bonus və ondan əldə edilən vəsait hesabdan çıxarıla bilər.
Ad günü bonusundan faydalanmaq üçün kazinoda hesab yaradarkən doğum tarixinizi düzgün qeyd etməyiniz vacibdir. Bundan başqa, əgər hesabınızı hələ təsdiqləməmisinizsə, mütləq təsdiqləmədən keçin. Hər ehtimala qarşı ad gününüzdən bir gün əvvəl və bir gün sonra şəxsi hesabınıza daxil olun ki, bonusu qaçırmayasınız. Əgər Ad günü bonusu avtomatik hesabınıza əlavə olunmayıbsa, onda Vbet müştəri xidməti əlaqə saxlayın.
Telegram botu bonusu
Vbet Kazino, oyunçulara interaktiv bir təcrübə təqdim etmək üçün rəsmi Telegram botunu yaradıb. Vbet, Telegram kanalındakı bot vasitəsilə mütəmadi xüsusi bonus təklifləri edir. Bot vasitəsilə oyunçular şəxsi hesablarına rahat daxil olur və elə Telegram-dan müxtəlif əməliyyatları idarə edirlər. Məsələn, depozit artırmaq, mərc yerləşdirmək və hətta uduşları yoxlamaq mümkündür. Liderlər cədvəlini Telegramdan izləyərək mövqeyinizi nəzarətdə saxlamaq mükündür. Telegram bot-dakı xüsusi bonuslardan faydalanan oyunçular digər oyunçulara görə daha qazanclı olurlar.
Telegram bot bonuslarını əldə etmək olduqca asandır. Sadəcə Vbet-in ‘’Vbet’’ Telegram botuna gedin və ‘’Start’’ düyməsini klikləyin. Nəzərinizə çatdırırıq ki, Telgram bot-dakı bonuslar və promosyonlar adətən qısa zaman üçün aktiv olurlar. Bu vaxt aralığı 24 ilə 72 saat arasında olur. Telegram bot bonuslarının üstünlüklərindən biri mobil cihazdan istifadə etməklə bonuslardan yararlanmaqdır.
Digər bir üstünlüyü isə əsas saytda olmayan promosyonlar, kampaniyalar və bonuslar botda olur. Üstəlik, hər hansı bir çətinlik yaşandıqda elə Telegram botu vasitəsilə müştəri dəstəyi ilə sürətli əlaqə saxlamaq mümkündür. Telegramda təklif edilən aktiv bonuslar, oyunçuların mərclərində arxalarına etibarlı bir dəstək almalarını təmin edir. Bu da onlara daha böyük qazanc əldə etmələrinə imkan verir.
Vbet kazino keşbək
Keşbək bonusu adından da göründüyü kimi nəğd pulun geri ödənilməsi deməkdir. Vbet kazino, oyunçunun uduzduğu pulun bir hissəsini ona geri ödəyir. Baxmayaraq ki, bu əməliyyat kazinoya pul itkisi ilə nəticələnir, platforma bununla daimi müştərilərinə öz sadiqliyini sübut etmiş olur. Vbet, artıq slot maşınlarında 10%-ə dək keşbək bonusu təklif edir. Hazırda kazino yeni il münasibətilə slotlarda 12%-ə qədər keşbək qaytarır.
Hər Bazar ertəsi oyunçunun həftə ərzində itirdiyi məbləğin müvafiq hissəsi avtomatik olaraq onun hesabına geri köçürülür. Vbet, VİP səviyyəli oyunçular üçün xüsusi keşbək faizi qaytarır. Daha çox xal toplayan VİP müştərilər daha çox keçbək qazanırlar. Kazinoda gündəlik, 3 günlük keşbək promosyonları da keçirilir. Bu kampaniyalarda iştirak etmək üçün kazinonun ‘’Promosyonlar’’ bölməsinə gedin və bəyəndiyiniz keşbək növünü seçin.
Kazino bonuslarından necə düzgün istifadə etməli
Vbet, həm yeni oyunçular cəlb etmək həm də daimi oyunçuların oyun təcrübələrini maraqlı etmək üçün yeni-yeni bonus paketləri təqdim edir. Təbii ki, bonus proqramı kazinoya maliyyə itkisi ilə başa gəlir. Bu proqramlar ancaq oyunçular üçün faydalı olur. Lakin kazino gəlirinin bir hissəsini istifadəçiləri ilə paylaşmaqla onları məmnun edir. Kazino bonusları onlardan düzgün istifadə edənlər üçün faydalı olur. Bonusların şərtlərini, vaxt limitlərini, mərc tələblərini, gəlirliliyini və digər xüsusiyyətlərini öyrənənlər onlardan maksimum fayda əldə edirlər.
Kazinoda saatlıq, gündəlik, həftəlik və aylıq bonuslar olur ki, onlar barədə məlumatlı olanlar qazanclı çıxırlar. Kazino oyunları oynayan biri əlavə qazanc əldə etmək istəyirsə mütləq bonus şərtlərini bilməlidir. Məsələn, gündəlik keçirilən “Macəra Qalibləri” adlı turnir var. Hər hansı slot maşınında oynayaraq xal toplamaqla gündəlik bir neçə min manat pul qazanmaq mümkündür. Ümumiyyətlə, bütün təklif edilən bonusların müəyyən şərtləri var. Aşağıda sizlərə bu əsas şərtlərdən bir neçəsini təqdim edirik:
- Mərc tələbləri – bonusu hesabdan çıxarmaq üçün məsələn, x35 dəfə mərc etmək tələbi.
- Bonuslu oyunlar – ancaq bonus təklif edən oyunlarda bonus qazanmaq şansı var.
- Vaxt məhdudiyyəti – bütün bonuslar müəyyən vaxt ərzində aktiv olur.
- Depozit tələbi – bəzi bonusları ancaq depozit qoyaraq qazanmaq olar.
- Turnirlərdə və tədbirlərdə iştirak etmək – məsələn, Telegram bot bonusu.
- Birdəfəlik bonuslar – Məsələn, Xoş gəldin bonusu hər oyunçuya ilk qeydiyyatda verilir.
Kazino oyunlarına yeni başlayan oyunçulara məsləhətimiz odur ki, oyun üçün büdcə ayırın. Bu büdcədən oyunları sınaqdan keçirmək üçün az-az mərc edin. Əksər kazino oyunlarının demo versiyası var. Oyunları demo rejimdə oynayaraq əlinizi sınayın. Nəzərinizə çatdırıram ki, demo versiyada real pul itkisi ilə qarşılaşmayacaqsınız. Hətta, kazinoda qeydiyyatdan keçmədən də oyunları test edə bilərsiniz. Ya da Vbet-də pulsuz fırlatmalardan istifadə edərək oyun təcrübənizi artıra bilərsiniz.